Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - MUXTAR RESPUBLİKADA HƏRRACA ÇIXARILAN 10 QEYRİ-YAŞAYIŞ SAHƏSİ ÖZƏLLƏŞİB

MUXTAR RESPUBLİKADA HƏRRACA ÇIXARILAN 10 QEYRİ-YAŞAYIŞ SAHƏSİ ÖZƏLLƏŞİB

19.07.2024

İyulun 18-də Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən dövlət mülkiyyətində olan daha 13 qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı hərrac keçirilib.

Əmlak Məsələləri Dövlət Xidmətində baş tutan hərrac prosesində Babək və Şahbuz rayonlarından 6 yaşayış məntəqəsi üzrə müxtəlif xidmət sahələrinə aid dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri satışa çıxarılıb. Hərracın şəffaf və rəqabətli keçirilməsi üçün əvvəlcədən zəruri tədbirlər görülüb və prosesin videokamera ilə çəkilişi aparılıb.

İyul ayında keçirilən 5-ci hərrac prosesində Hərracların Təşkili Mərkəzi tərəfindən özəlləşdirilməyə çıxarılan 13 qeyri-yaşayış sahəsindən 10-u hərrac yolu ilə satılıb, 3 qeyri-yaşayış sahəsinin hərracı isə sifarişçi olmadığından baş tutmamış hesab olunub. Nəticədə 10 sifarişçi hərracın qalibi olub. Rəqabətli keçən hərrac nəticəsində 6 qeyri-yaşayış sahəsi üzrə əmlakın satış qiyməti start qiymətindən dəfələrlə yüksək olub.

Bnudan əvvəl Mərkəzin təşkilatçılığı ilə cari ay ərzində 4 hərrac keçirilib. 9 iyulda dövlət mülkiyyətində olan 11 avtonəqliyyat vasitəsinin, 11 iyulda 13 qeyri-yaşayış sahəsinin satışı, 12 iyulda bələdiyyə mülkiyyətində olan 1 torpaq sahəsinin icarəyə verilməsi, 16 iyulda isə muxtar respublikanın 7 bələdiyyəsi üzrə 8 torpaq sahəsinin mülkiyyətə, 2 torpaq sahəsinin isə icarəyə verilməsi ilə bağlı hərraclar baş tutub.

Baxılıb: 114