Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - İRAQIN TİCARƏT NAZİRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

İRAQIN TİCARƏT NAZİRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

18.09.2024

İraqın ticarət naziri ilə görüşdə infrastruktur layihələri, özəl sektor və digər istiqamətlər üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov İraqın ticarət naziri Ater Davud Əl-Ğureyri ilə görüşüb.

Görüşdə İraqla münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyi, ikitərəfli iqtisadi-ticarət əməkdaşlığının müxtəlif istiqamətlər üzrə genişlənməsi üçün münbit şəraitin olduğu qeyd edilib. Bildirilib ki, İraq şirkətləri Azərbaycanda müxtəlif sahələrdə biznes fəaliyyəti ilə məşğul olur. Həmçinin, Azərbaycan şirkətləri İraqda infrastruktur layihələrindəki iştirakını genişləndirə bilərlər. Bununla yanaşı, ticarət, sənaye, enerji, nəqliyyat, özəl sektor, turizm və digər vektorlar üzrə əlaqələrin inkişafı üçün perspektivlər böyükdür.

Tərəflər iqtisadi-ticarət əlaqələrinin, qarşılıqlı investisiyaların və işbirliyinin təşviqi imkanlarını dəyərləndiriblər.

Görüşdə biznes subyektlərinin əməkdaşlığının gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması və infrastruktur layihələrinin icrası istiqamətində birgə fəaliyyətin dəstəklənməsinin əhəmiyyəti vurğulanıb.

Baxılıb: 78