NAXÇIVANDA 7 MİNƏ YAXIN DAŞINMAZ ƏMLAKA ÇIXARIŞ VERİLİB
16.09.2024
Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlak üzərində 6988 mülkiyyət hüququ qeydiyyata alaraq çıxarışla təmin edib.
Cari ilin ilk 8 ayı ərzində mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 2473-ü fərdi yaşayış evi, 2-si bağ evi, 1098-i mənzil, 2997-si torpaq sahəsi, 99-i qeyri-yaşayış binası, 296-sı qeyri-yaşayış sahəsi, 22-si əmlak kompleksi, 1-i çoxmərtəbəli yaşayış binasıdır.
Baxılıb: 64