NAXÇIVANDA DÖVLƏT ƏMLAKININ İCARƏSİNDƏN BÜDCƏYƏ DAXİLOLMALAR 48,2 FAİZ ARTIB
11.09.2024
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin 8 ayı ərzində dövlət əmlakının icarəyə verilməsi sahəsində işlər davam etdirilib.
Cari ilin yanvar–avqust aylarında 94 yeni icarə müqaviləsi bağlanılıb. İcarə müqavilələrinin 57-i qeyri-yaşayış sahələrinə, 37-i isə torpaq sahələrinə aid olub.
Naxçıvanda daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə bu ilin 8 ayı ərzində 249 min manatdan artıq vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə isə 48,2 faiz çoxdur.
Baxılıb: 50