Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - VAKANT DÖVLƏT QULLUĞU VƏZİFƏSİNİN TUTULMASI ÜÇÜN ÜMUMİ MÜSAHİBƏ

VAKANT DÖVLƏT QULLUĞU VƏZİFƏSİNİN TUTULMASI ÜÇÜN ÜMUMİ MÜSAHİBƏ

17.09.2024

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün 16 sentyabr 2024-cü il tarixində ümumi müsahibə elan edilib. Vakant inzibati vəzifələrin tutlması məqsədilə 34 vəzifə ümumi müsahibəyə çıxarılıb.

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər Dövlət İmtahan Mərkəzinin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir. Sənəd qəbulu 15 oktyabr 2024-cü il tarixi, saat 18:00-dək davam edəcək.

Aşağıda göstərilmiş linkə daxil olaraq aidiyyəti dövlət orqanı üzrə elanla tanış ola bilərsiz.

https://exidmet.dim.gov.az/dqq/Elan/UmMshMshElanList?ElanID=550

Baxılıb: 74