Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

Azərbaycan nümayəndə heyəti Pakistana səfər edib

09.04.2025

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Pakistana səfəri çərçivəsində potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib, işgüzar dairələr arasında işbirliyinin dəstəklənməsi, həmçinin sərmayələrin artırılması imkanları barədə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Pakistan İslam Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirilib, müzakirələr aparılıb.

Pakistan İslam Respublikasının Baş naziri cənab Şahbaz Şərif iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qəbulda Azərbaycan - Pakistan əməkdaşlığının ölkə liderləri tərəfindən müəyyənləşdirilmiş istiqamətləri və iqtisadi əlaqələrin gücləndirildiyi vurğulanıb. Azərbaycanla Pakistan əlaqələrinin starteji tərəfdaşlıq səviyyəsində olmasından məmnunluq bildirilib.

Ardını oxu »

Abbas İsmayılov: Naxçıvanda daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar 12 dəfəyədək artıb

09.04.2025

2025-ci ilin I rübü ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 149,7 min manat məbləğində vəsaitin ödənilməsi təmin olunub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,7 dəfə artım qeydə alınıb.

Bu barədə Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov  deyib.

Ardını oxu »

TƏLƏBƏLƏRİN İSTEHSALAT TƏCRÜBƏSİ BAŞA ÇATIB

07.04.2025

Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin Memarlıq ixtisasında təhsil alan tələbələr üçün təşkil olunan istehsalat təcrübəsi başa çatıb.

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edən Müslüm Cabbarzadə çıxış edib.

Bildirilib ki, tələbələrin ilkin peşə vərdişlərinə yiyələnmələri gələcəkdə peşəkar, bacarıqlı mütəxəssis kimi formalaşmalarına, düzgün kariyera qurmalarına geniş imkanlar açır.

Ardını oxu »

Almaniyanın biznes nümayəndələri ilə görüş keçirilib

04.04.2025

Almaniyanın aparıcı enerji şirkətlərinin nümayəndələri ilə görüşdə Azərbaycanın biznes və investisiya imkanları barədə məlumat verilib.

İqtisadiyyat nazri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan Almaniya biznes nümayəndələri ilə görüşüb.

Görüşdə beynəlxalq tərəfdaşların Azərbaycanda fəaliyyəti üçün əlverişli investisiya mühiti barədə məlumat verilib. Vurğulanıb ki, həyata keçirilən davamlı iqtisadi islahatların nəticəsində qeyri-neft iqtisadiyyatı və ixracı ildən-ilə artır. Ölkəmizin makroiqtisadi sabitliyi və insan kapitalının inkişafı Azərbaycanın iqtisadi imkanlarını daha da genişləndirir.

Ardını oxu »