AVROPA KOMİSSİYASININ QONŞULUQ VƏ GENİŞLƏNMƏ DANIŞIQLARI ÜZRƏ BAŞ DİREKTORU İLƏ GÖRÜŞ KEÇİRİLİB
12.05.2025
İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə baş direktoru Gert Yan Koopman ilə görüşüb.
Görüşdə müasir yanaşmaların tətbiqi, “yaşıl” və rəqəmsal inkişafa keçidin sürətləndirilməsinin önəmi qeyd olunub.
Müzakirələrdə, həmçinin dayanıqlı həllər istiqamətində tərəfdaşlığın əhəmiyyəti vurğulanıb.
NAXÇIVAN MUXTAR RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN KOLLEKTİVİ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN XATİRƏSİNİ EHTİRAMLA YAD EDİB
12.05.2025
Mayın 10-da Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin kollektivi müasir, müstəqil Azərbaycanın banisi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Naxçıvan şəhərinin baş meydanında ucaldılmış abidəsini ziyarət edib.
Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad olunub, abidə önünə gül dəstələri düzülüb.
Sonra Nazirliyin kollektivi Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyini ziyarət ediblər. Muzeydə dahi liderin həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini özündə təcəssüm etdirən materiallarla yanaşı, Ümummilli Liderə məxsus şəxsi əşyalar və digər mühüm eksponatlarla tanış olublar.
ASİYA İNFRASTRUKTUR İNVESTİSİYA BANKI İLƏ ƏMƏKDAŞLIQ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNUB
07.05.2025
Asiya regionunda iqtisadi artımın dəstəklənməsi və infrastrukturun təkmilləşdirilməsi ilə bağlı layihələr barədə müzakirələr aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) prezidentliyə namizədi xanım Zou Jiayi ilə videokonfrans formatında görüşüb.
Azərbaycanın 2016-cı ildən Bankla əməkdaşlıq etdiyi və ölkəmizin bu tərəfdaşlığa önəm verdiyi bildirilib. Bankın üzv ölkələrdə infrastrukturun inkişafına dəstəyinin, dayanıqlı inkişafın təmin olunması, o cümlədən, yaşıl iqtisadiyyata keçid, yaşıl enerjinin təşviqi ilə bağlı görülən işlərin əhəmiyyəti vurğulanıb.
İQTİSADİYYAT NAZİRİNİN MÜAVİNİ NAXÇIVANDA VƏTƏNDAŞLARI QƏBUL EDİB
06.05.2025
Naxçıvanda vətəndaşların biznesin inkişafı, ixrac, əmlak, vergi, logistika və s. məsələlərlə bağlı müraciətlərinə baxılıb.
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Naxçıvan şəhərində bu şəhərdən, həmçinin, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edib. Qəbula gələn vətəndaşlar sahibkarlığın inkişafı, ixrac, əmlak, vergi, logistika və s. məsələlərlə bağlı müraciət ediblər.
