Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

RUSİYA FEDERAL XİDMƏTİNİN RƏHBƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

17.04.2025

İqtisadiyyat Nazirliyi ilə Rusiyanın Dövlət Qeydiyyatı, Kadastrı və Kartoqrafiya Federal Xidməti arasında təcrübə və məlumat mübadiləsi müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın Dövlət Qeydiyyatı, Kadastrı və Kartoqrafiya Federal Xidmətinin rəhbəri Oleq Skufinskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi, torpaqlardan səmərəli istifadə, daşınmaz əmlakın kadastrı və reyestri sahələrində ölkəmizdə görülmüş işlər diqqətə çatdırılıb.

Ardını oxu »

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İQTİSADİYYAT NAZİRLİYİNDƏ NÖVBƏTİ VƏTƏNDAŞ QƏBULU KEÇİRİLİB

11.04.2025

Vətəndaş qəbulu zamanı sahibkarların müraciətləri dinlənilib, sualları cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov vətəndaşları qəbul edib.

 Nazirliyin inzibati binasında təşkil olunan qəbula gələnlər vergi, işə qəbul və digər məsələlər barədə müraciət ediblər.

Qəbul zamanı araşdırma tələb edən müraciətlər baxılması üçün qeydiyyata alınıb, vətəndaşlara qanunvericiliyin tələbləri izah olunub.

Ardını oxu »

ƏLƏT AZAD İQTISADİ ZONASI ÜZRƏ İŞÇİ QRUPUNUN İKİNCİ İCLASI KEÇİRİLİB

11.04.2025

Ələt Azad İqtisadi Zonasında investorların səmərəli fəaliyyəti üçün dayanıqlı infrastrukturun və kommunal xidmətlərin qurulması, ərazidə reallaşdırılan layihələr, karqo hava limanının tikintisi üzrə görülən işlər müzakirə olunub.

Ələt Azad İqtisadi Zonası ilə bağlı yaradılmış İşçi Qrupun ikinci iclası keçirilib. İclasda iqtisadiyyat naziri, İşçi Qrupun rəhbəri Mikayıl Cabbarov, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov və aidiyyəti dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri iştirak ediblər.

Ardını oxu »

ŞƏRUR RAYONUNDA VƏTƏNDAŞ QƏBULU KEÇİRİLƏCƏK

11.04.2025

23 aprel 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov Şərur rayonu və kəndlərindən olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-dan etibarən 2 saylı Ərazi Vergilər İdarəsinin Şərur şəhəri, M.Ələkbər Sabir küçəsi 7a ünvanında yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzinin inzibati binasında keçiriləcək.

Ardını oxu »