Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İQTİSADİYYAT NAZİRLİYİNDƏ VƏTƏNDAŞ QƏBULU KEÇİRİLİB

14.03.2025

Vətəndaş qəbulu zamanı sahibkarların müraciətləri dinlənilib, sualları cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov vətəndaşları qəbul edib.

Nazirliyin inzibati binasında təşkil olunan qəbula gələnlər sahibkarlıq fəaliyyəti və işə qəbul məsələləri barədə müraciət ediblər.

Qəbul zamanı araşdırma tələb edən müraciətlər baxılması üçün qeydiyyata alınıb, vətəndaşlara qanunvericiliyin tələbləri izah olunub.

Ardını oxu »

NAXÇIVANDA DAŞINMAZ ƏMLAKIN QEYDİYYATINDA AKTİVLİK ARTIB

11.03.2025

2025-ci ilin 2 ayında Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində 735 torpaq sahəsi, 648 fərdi yaşayış, 226 mənzil, 45 qeyri-yaşayış binası, 40 qeyri-yaşayış sahəsi, 8 əmlak kompleksi olmaqla, ümumilikdə, 1702 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın qeydiyyatı 4,1 faiz artıb.

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərilən xidmətlərdən daxil olan dövlət rüsumu 10,2 faiz artaraq 172,3 min manat, xidməthaqqı isə 16,1 faiz artaraq 377 min manat təşkil edib.

Ardını oxu »

NAXÇIVANDA DÖVLƏT ƏMLAKININ İCARƏSİNDƏN BÜDCƏYƏ DAXİLOLMALAR 6 DƏFƏ ARTIB

11.03.2025

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cari ilin 2 ayı ərzində dövlət əmlakının səmərəli idarə edilməsi üzrə tədbirləri davam etdirib. Hesabat dövründə daşınmaz dövlət əmlakının icarəyə verilməsi ilə bağlı 56 müqavilə bağlanıb, 45 icarə müqaviləsinin müddəti uzadılıb.

Dövlət əmlakının icarəyə verilməsindən muxtar respublika büdcəsinə 84,8 min manat vəsait köçürülüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 dəfə çoxdur.

Ardını oxu »

NAXÇIVANDA DAŞINMAZ ƏMLAKLA BAĞLI ELEKTRON MÜRACİƏTLƏRİN SAYI 2 DƏFƏDƏN ÇOX ARTIB

11.03.2025

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlakla bağlı xidmətlərin elektronlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilib.

2025-ci ilin 2 ayında vətəndaşlardan sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərdən Xidmətə 1353 elektron müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

Ardını oxu »