Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - NAXÇIVANDA DÖVLƏT ƏMLAKININ İCARƏSİNDƏN BÜDCƏYƏ DAXİLOLMALAR 6 DƏFƏ ARTIB

NAXÇIVANDA DÖVLƏT ƏMLAKININ İCARƏSİNDƏN BÜDCƏYƏ DAXİLOLMALAR 6 DƏFƏ ARTIB

11.03.2025

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cari ilin 2 ayı ərzində dövlət əmlakının səmərəli idarə edilməsi üzrə tədbirləri davam etdirib. Hesabat dövründə daşınmaz dövlət əmlakının icarəyə verilməsi ilə bağlı 56 müqavilə bağlanıb, 45 icarə müqaviləsinin müddəti uzadılıb.

Dövlət əmlakının icarəyə verilməsindən muxtar respublika büdcəsinə 84,8 min manat vəsait köçürülüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 dəfə çoxdur.


Baxılıb: 25