Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

BAKIDA AZƏRBAYCAN-İRAN BİZNES FORUMU KEÇİRİLİB

29.04.2025

Aprelin 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes-forumu keçirilib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər.

 

Ardını oxu »

NDU-DA “İDARƏETMƏDƏ VƏ TƏHSİLDƏ RƏQƏMSALLAŞDIRMA” MÖVZUSUNDA II RESPUBLİKA ELMİ KONFRANSININ AÇILIŞ TƏDBİRİ KEÇİRİLİB

24.04.2025

Naxçıvan Dövlət Universitetində 23-24 aprel tarixlərini əhatə “İdarəetmədə və təhsildə rəqəmsallaşdırma” mövzusunda II Respublika Elmi konfransının açılış tədbiri keçirilib.

Konfrans Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin tərəfdaşlığı və 20-dən çox elm-təhsil müəssisəsindən olan tədqiqatçıların, universitetin müəllim-tələbə heyətinin iştirakı ilə təşkil edilib.

Ardını oxu »

İQTİSADİ-TİCARƏT ƏLAQƏLƏRİNİN İNKİŞAFINA DAİR AZƏRBAYCAN-ÇİN SƏNƏDLƏRİ İMZALANIB

24.04.2025

İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına dair imzalanmış sənədlər Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası çərçivəsində iqtisadi tərəfdaşlığın daha da genişləndirilməsinə töhfə verəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də hər iki ölkənin dövlət başçılarının iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub.

Tədbir çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov və Çinin aidiyyəti dövlət qurumlarının rəhbərləri tərəfindən iqtisadi əməkdaşlığın genişləndirilməsinə dair bir sıra sənədlər imzalanıb.

Ardını oxu »

ABBAS İSMAYILOV ŞƏRURDA VƏTƏNDAŞ QƏBULU KEÇİRİB

23.04.2025

Aprelin 23-də Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin muxtar respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov Şərurda vətəndaş qəbulu keçirib.

Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Şərur şəhərindəki abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Sonra Şərur şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində qəbula gələn vətəndaşların müraciətləri dinlənilib.

Ardını oxu »