“ACWA Power” şirkəti ilə birgə təşəbbüslər müzakirə edilib
04.04.2025
“ACWA Power” şirkətinin baş icraçı direktoru ilə görüşdə dəniz suyunun duzsuzlaşdırılması layihəsi, təcrübə mübadiləsi və birgə təşəbbüslər müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin baş icraçı direktoru Marko Arçelli ilə görüşüb.
Görüşdə “ACWA Power”in Azərbaycanda həyata keçirdiyi layihələrin əhəmiyyəti vurğulanıb. Bu layihələrin ölkənin enerji resurslarının diversifikasiyasına və ekoloji dayanıqlılığının artırılmasına xidmət etdiyi qeyd edilib. Təcrübə mübadiləsinin və şirkətin innovativ yanaşmalarının enerji sahəsində daha effektiv, təmiz və iqtisadi baxımdan sərfəli həllərin tətbiqinə imkan yaratdığı qeyd olunub.
“EXXONMOBİL” KORPORASİYASI İLƏ ƏMƏKDAŞLIĞIN GENİŞLƏNDİRİLMƏSİ MÜZAKİRƏ EDİLİB
19.03.2025
İqtisadiyyat Nazirliyində “ExxonMobil” korporasiyasının vitse-prezidenti ilə görüşdə enerji əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov “ExxonMobil” korporasiyasının vitse-prezidenti Con Ardillə görüşüb.
Vurğulanıb ki, Azərbaycanın biznes və investisiya mühitinin əlverişliliyi, xarici şirkətlərin bu baxımdan ölkəmizə olan yüksək marağı beynəlxalq tərəfdaşlarla regional və qlobal miqyasda mühüm layihələri reallaşdırmağa imkan verir.
NAXÇIVANDA SAHİBKARLARLA MÖVCUD VƏZİYYƏT VƏ PERSPEKTİVLƏR MÜZAKİRƏ OLUNUB
18.03.2025
Sahibkarlarla real sektordakı inkişafı davam etdirmək, istehsal və ixracı artırmaq, qarşıya çıxan məsələlərin operativ həlli barədə fikir mübadiləsi aparılıb.
Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov və Nazirliyin tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə İqtisadiyyat Nazirliyində “Mövcud vəziyyət, problemlər və perspektivlər” mövzusunda sahibkarlar ilə görüş keçirilib.
YENİ GEODEZİYA ÖLÇMƏLƏRİ İLƏ BAĞLI TƏLİM-TRENİNQ KEÇİRİLİB
14.03.2025
Geodeziya ölçü işlərində tətbiq olunan yüksək dəqiqlikli məlumatları emal etmək məqsədilə Naxçıvan Muxtar Respublikası ərazisində 4 geodeziya istinad stansiyasının – AzPOS sisteminin qurulması başa çatdırılıb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həmin sistemə qoşulma imkanlarına malik 4 ədəd müasir GPS cihazı alınaraq istifadəyə verilib. İsveçrə Respublikasının “Leica Geosystems” Şirkətinin istehsalı olan bu avadanlıqlar AzPOS-dan istifadə etməklə geodeziya ölçü işlərində yüksək dəqiqlikli koordinatların əldə edilməsinə imkan verəcək.
