Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

NAXÇIVANDA “İQTİSADİ İNKİŞAF SUVERENLİYİN ƏSASIDIR” MÖVZUSUNDA ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLİB

06.05.2025

Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “İqtisadi inkişaf suverenliyin əsasıdır” mövzusunda elmi-praktik konfrans keçirilib. 

Ardını oxu »

İQTİSADİYYAT NAZİRİNİN MÜAVİNİ NAXÇIVANDA VƏTƏNDAŞLARI QƏBUL EDƏCƏK

02.05.2025

6 may 2025-ci il tarixdə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-dan etibarən Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 6 ünvanında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin inzibati binasında keçiriləcək.

Ardını oxu »

NAXÇIVANDA SAHİBKARLAR GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

01.05.2025

Aprelin 30-da Naxçıvanda “Konstitusiya və Suverenlik İli” və 25 aprel - Sahibkarlar Gününə həsr olunmuş “Konstitusiya və suverenlik – Naxçıvanda sahibkarlığın inkişafı” mövzusunda tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbirdə iştirak edib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ardını oxu »

PREZİDENT İLHAM ƏLİYEV QUSAR RAYONUNDA BAĞÇILIQ VƏ SOYUDUCU ANBAR KOMPLEKSİNİN FƏALİYYƏTİ İLƏ TANIŞ OLUB

30.04.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Qusar rayonunda “İsmikhanlı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bağçılıq və soyuducu anbar kompleksi ilə tanış olub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına kompleksin fəaliyyəti barədə məlumat verdi.

Bildirildi ki, cəmiyyət tərəfindən Qusarda 330, Ağsuda isə 30 hektar ərazidə ən son texnologiyalar əsasında intensiv bağlar salınıb. Hazırda burada 230 hektar sahədə alma, 35 hektarda armud, 26 hektarda şaftalı, 21 hektarda nektarin, 18 hektarda isə gilas ağacları əkilib. Bu cür bağların salınması kənd təsərrüfatı təyinatlı torpaqlardan maksimum səmərəli istifadəyə və yüksək məhsuldarlıq əldə etməyə imkan verir.

Burada yetişdirilən meyvələrin satış və ixrac prosesi il boyu davam etdirilir. Məhsullar yerli bazara çıxarılmaqla yanaşı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Rusiyaya ixrac olunur.

Bağlarda aqrotexniki işlərin daha dəqiq və səmərəli görülməsi məqsədilə Türkiyə, İtaliya və İspaniyadan mütəxəssislər cəlb olunub. Burada yüksək qənaətliliyə malik damcı suvarma texnologiyasından istifadə olunur ki, bu da həm ekoloji davamlılığı təmin edir, həm də su itkisinin qarşısını alır. Təsərrüfatın texnika parkı dünyanın aparıcı şirkətlərinin müasir avadanlıqları ilə təchiz olunub.

Ardını oxu »