YANVAR-MART AYLARI ƏRZİNDƏ CULFA RAYONUNDA VƏTƏNDAŞLARA NÜMUNƏVİ XİDMƏT GÖSTƏRİLİB
16.04.2024
Cari ilin ötən 3 ayında Culfa rayonunda daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan istifadəyə dövlət nəzarəti daha da gücləndirilib, sakinlərin daşınmaz əmlakla bağlı müraciətləri operativ təmin olunub.
Birinci rüb ərzində 59 texniki pasport hazırlanıb ki, bunlardan 33-ü fərdi yaşayış evinə, 17-si mənzilə, 6-sı qeyri-yaşayış sahəsinə, 3-ü qeyri-yaşayış binasına məxsus olub. Bu dövrdə 58 torpaq sahəsinin isə plan-ölçüsü tərtib edilərək vətəndaşlara təqdim olunub.
Rayon üzrə dövlət reyestrindən 114 çıxarışın, məhdudiyyət və yüklülüyə dair 22 arayışın verilməsi ilə əlaqədar qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılıb və qanunvericiliyə uyğun icra edilib. Müraciətlər əsasında 152 sosial arayış hazırlanaraq vətəndaşlara təqdim olunub, 7 torpaq sahəsinə dair rəy verilib.
Hesabat dövründə 11 bölünmə və birləşmə planı hazırlanaraq arxiv sənədlərinə əlavə olunub. Texniki sənədlərin hazırlanması zamanı 42 müayinə aktı yazılıb.
Rayon ərazisindəki dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə vəziyyəti və onların mühafizəsi nəzarətdə saxlanılıb, mütəmadi olaraq sakinlərlə müvafiq məsələlərlə bağlı maarifləndirici söhbətlər aparılıb.
Baxılıb: 143