ÖTƏN 3 AY ƏRZİNDƏ ŞƏRUR RAYONU ÜZRƏ 265 TEXNİKİ SƏNƏD HAZIRLANIB
17.04.2024
Şərur rayonunda yanvar-mart ayları ərzində sakinlərə fəaliyyət istiqamətləri üzrə göstərilən xidmətlər mütəşəkkil həyata keçirilib, torpaqlardan təyinatı üzrə istifadə vəziyyəti nəzarətdə saxlanılıb, vətəndaş məmnunluğu artıb.
Üç ay ərzində sakinlərin müraciətlərinə operativ qaydada baxılıb, rayonun ailə təsərrüfatı sahibləri, torpaq mülkiyyətçiləri ilə maarifləndirici söhbətlər aparılıb, torpaqlardan səmərəli istifadə qaydaları onlara izah olunub.
Rayon üzrə 29 fərdi yaşayış evinin, 3 mənzilin, 1 əmlak kompleksi kimi müəssisənin olmaqla, ümumilikdə 33 daşınmaz əmlakın texniki pasportu, 232 torpaq sahəsinin isə plan-ölçüsü hazırlanaraq hüquq sahiblərinə təqdim olunub.
Bu dövrdə 57 sosial, 91məhdudiyyət və yüklülüyə dair arayış hazırlanıb, 6 birləşmə, 3 bölünmə planı tərtib olunub. Texniki sənədlərin hazırlanması zamanı 67 müayinə aktı yazılıb. 4 əmlakın isə bazar dəyərinə uyğun qiymətləndirilməsi icra edilib.
Baxılıb: 180