Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - İQTİSADİYYAT NAZİRİNİN MÜAVİNİ NAXÇIVANDA VƏTƏNDAŞLARI QƏBUL EDİB

İQTİSADİYYAT NAZİRİNİN MÜAVİNİ NAXÇIVANDA VƏTƏNDAŞLARI QƏBUL EDİB

22.04.2024

Naxçıvanda vətəndaşların sahibkarlıq fəaliyyətinə güzəştli kreditlərin verilməsi, əmlak, vergi və s. məsələlərlə bağlı müraciətlərinə baxılıb.

 

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Naxçıvan şəhərində Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edib. Qəbula gələn vətəndaşlar sahibkarlığın inkişafı, güzəştli kreditlərin verilməsi, əmlak, vergi və s. məsələlərlə bağlı müraciət ediblər.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.

Baxılıb: 137