Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

SİLAHLI QÜVVƏLƏR GÜNÜ ƏRƏFƏSİNDƏ ŞƏHİD AİLƏLƏRİ ZİYARƏT EDİLİB

26.06.2025

26 İyun – Silahlı Qüvvələr Günü ərəfəsində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və tabeliyindəki qurumların nümayəndələri şəhid ailələrini ziyarət edib.

Naxçıvan şəhəri və muxtar respublikanın rayonlarında keçirilən  görüşlər zamanı şəhidlərimizin əziz xatirəsi böyük hörmət və ehtiramla yad edilib. Ali Baş Komandanımızın rəhbərliyi ilə aparılan uğurlu hərbi əməliyyatlarda iştirak etmiş və tarixi Zəfərə imza atmış şəhidlərimizin və qazilərimizin keçdiyi rəşadətli döyüş yolundan ətraflı bəhs olunub.

Qeyd edilib ki, ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə öz canından keçərək şəhidliyə ucalan qəhrəman Vətən övladlarının xatirəsi daim əziz tutulacaqdır.

Görüşlərdə şəhidlərimizin ailə üzvləri onlarla bağlı xatirələrini bölüşüblər.

Ardını oxu »

NAXÇIVANDA 6 NƏQLİYYAT VASİTƏSİ HƏRRACA ÇIXARILIB

25.06.2025

İyulun 25-də Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən dövlət mülkiyyətində olan 6 nəqliyyat vasitəsinin özəlləşdirilməsi ilə bağlı hərrac keçiriləcək.

Hərraca çıxarılan minik nəqliyyat vasitələri üçün sifarişlər Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 06 ünvanında yerləşən “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin inzibati binasında qəbul olunur.

Hərracla bağlı daha ətraflı məlumatı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (emlak.nakhchivan.az/) və “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin (http://auksion.nmr.az/)  rəsmi saytlarından əldə etmək olar.

Ardını oxu »

KAZIM HÜSEYNƏLİYEV SƏDƏRƏKDƏ VƏTƏNDAŞLARI QƏBUL EDİB

24.06.2025

İyunun 24-də Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Sədərəkdə  vətəndaş qəbulu keçirib.

Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Heydərabad qəsəbəsində ucalan abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Sonra Sədərək Rayon İcra Hakimiyyətinin inzibati binasında  qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, muxtar respublikaya avadanlıqların idxalı və digər məsələlərlə bağlı müraciət ediblər.

Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahatlar verilib.

Ardını oxu »

GORANBOY RAYONUNDA TİKİNTİ MATERİALLARI İSTEHSALI MÜƏSSİSƏSİ İSTİFADƏYƏ VERİLİB

24.06.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Goranboy rayonunda “Konstralab Industries” QSC-nin tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak edib.

Goranboy rayonunun Qazanbulaq kəndində yaradılan müəssisə gips-karton, astar və üzlük gips məhsulları istehsal edəcək. Müəssisədə il ərzində 10 milyon kvadratmetr gips-karton lövhə, 150 min ton gipsəsaslı quru qarışıqlar istehsal olunacaq. Müasir avadanlıqla təchiz olunan müəssisədə istehsal edilən məhsulların yerli bazarda satışı ilə yanaşı, bir neçə ölkəyə ixracı da nəzərdə tutulur. Burada 200 nəfər daimi işlə təmin ediləcək. İstehsal zamanı istifadə edilən əsas xammal - yerli gips daşı Azərbaycanın müxtəlif regionlarındakı yataqlardan tədarük olunacaq. Növbəti mərhələdə kalsit və perlit istehsalı xətlərinin qurulması planlaşdırılır ki, bu da məhsulların maya dəyərinin aşağı düşməsinə səbəb olacaq.

Ardını oxu »