SİLAHLI QÜVVƏLƏR GÜNÜ ƏRƏFƏSİNDƏ ŞƏHİD AİLƏLƏRİ ZİYARƏT EDİLİB
26.06.2025
26 İyun – Silahlı Qüvvələr Günü ərəfəsində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və tabeliyindəki qurumların nümayəndələri şəhid ailələrini ziyarət edib.
Naxçıvan şəhəri və muxtar respublikanın rayonlarında keçirilən görüşlər zamanı şəhidlərimizin əziz xatirəsi böyük hörmət və ehtiramla yad edilib. Ali Baş Komandanımızın rəhbərliyi ilə aparılan uğurlu hərbi əməliyyatlarda iştirak etmiş və tarixi Zəfərə imza atmış şəhidlərimizin və qazilərimizin keçdiyi rəşadətli döyüş yolundan ətraflı bəhs olunub.
Qeyd edilib ki, ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə öz canından keçərək şəhidliyə ucalan qəhrəman Vətən övladlarının xatirəsi daim əziz tutulacaqdır.
Görüşlərdə şəhidlərimizin ailə üzvləri onlarla bağlı xatirələrini bölüşüblər.
Baxılıb: 26
