Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - NAXÇIVANDA 6 NƏQLİYYAT VASİTƏSİ HƏRRACA ÇIXARILIB

NAXÇIVANDA 6 NƏQLİYYAT VASİTƏSİ HƏRRACA ÇIXARILIB

25.06.2025

İyulun 25-də Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən dövlət mülkiyyətində olan 6 nəqliyyat vasitəsinin özəlləşdirilməsi ilə bağlı hərrac keçiriləcək.

Hərraca çıxarılan minik nəqliyyat vasitələri üçün sifarişlər Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 06 ünvanında yerləşən “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin inzibati binasında qəbul olunur.

Hərracla bağlı daha ətraflı məlumatı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (emlak.nakhchivan.az/) və “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin (http://auksion.nmr.az/)  rəsmi saytlarından əldə etmək olar.

Xatırladaq ki, iyulun 4-də “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən daha 7 minik və yük nəqliyyat vasitəsinin özəlləşdirilməsi ilə bağlı hərracın keçirilməsi nəzərdə tutulur.


Baxılıb: 21