Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - XİDMƏTİN ƏMƏKDAŞLARI ÜÇÜN NÖVBƏTİ DƏFƏ TƏLİMLƏR KEÇİRİLİB

XİDMƏTİN ƏMƏKDAŞLARI ÜÇÜN NÖVBƏTİ DƏFƏ TƏLİMLƏR KEÇİRİLİB

21.06.2025

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Xidmətin ərazi bölmələrinin və tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” və “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxslərin əməkdaşları vətəndaşlara yüksək keyfiyyətli xidmət göstərilməsində müasir yanaşmaların tətbiqi ilə bağlı təlimlərə cəlb ediliblər.

Təlimlər “İnnovasiyaların tətbiqi vasitəsilə fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi, səmərəliliyin atırılmasının təmin edilməsi”, “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti” mövzularında təşkil edilib.

Təlimlərdə ölkəmizdə daşınmaz əmlakın qeydiyyatı sahəsində həyata keçirilən yeniliklər diqqətə çatdırılıb, daşınmaz əmlakın qeydiyyatının elektronlaşdırılması, əmlak kalkulyatorunun funksiyaları və elektron hərracların tətbiqi mövzularında məlumatlar verilib. Təlim iştirakçıları həmçinin torpaqların mühafizəsinə dövlət nəzarəti, torpaq qanunvericiliyinin tətbiqi ilə bağlı mövzularda nəzəri və praktiki məsələlərlə tanış olublar.

Sonra mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.


Baxılıb: 35