KAZIM HÜSEYNƏLİYEV SƏDƏRƏKDƏ VƏTƏNDAŞLARI QƏBUL EDİB
24.06.2025
İyunun 24-də Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Sədərəkdə vətəndaş qəbulu keçirib.
Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Heydərabad qəsəbəsində ucalan abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Sonra Sədərək Rayon İcra Hakimiyyətinin inzibati binasında qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, muxtar respublikaya avadanlıqların idxalı və digər məsələlərlə bağlı müraciət ediblər.
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahatlar verilib.
Baxılıb: 24
