Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

PREZİDENT İLHAM ƏLİYEV YEVLAX PİLOT AQROPARKININ AÇILIŞINDA İŞTİRAK EDİB

24.06.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Yevlax pilot aqroparkının açılışında iştirak edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov aqropark barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, ümumi sahəsi 2.807 hektar, illik istehsal gücü 20 min tondan çox qarışıq meyvə, 20 milyon ədəd damazlıq yumurta və 1 milyon ədəd ting olan bu aqropark ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan dövlət aqroparkıdır.

Aqropark İqtisadiyyat Nazirliyinin “Orta fermer təsərrüfatının aqrar-sənaye klasterlərinə inteqrasiyası” layihəsi çərçivəsində yaradılıb. Rezidentlər aqroparkda dövlət vəsaiti hesabına zəruri infrastrukturla - su, enerji, qaz və yolla təmin ediliblər. Rezidentlər, həmçinin Azərbaycan Biznesinin İnkişafı Fondunun güzəştli kreditindən faydalanıblar.

Ardını oxu »

“DAŞINMAZ ƏMLAKIN DÖVLƏT KADASTRI VƏ REYESTRİ” PUBLİK HÜQUQİ ŞƏXS İŞƏ QƏBULLA BAĞLI VAKANSİYA ELAN EDİR

23.06.2025

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin rayon şöbələrində mühəndis-inventarlaşdırıcı və yerquruluşu üzrə mühəndis vəzifələri üzrə müsahibə elan edilir. Müsahibəyə publik hüquqi şəxsin Şərur, Ordubad və Şahbuz rayon şöbələrində Mühəndis-inventarlaşdırıcı vəzifəsinə 5, Babək, Kəngərli və Sədərək rayon şöbələrində isə Yerquruluşu üzrə mühəndis vəzifəsinə 3 vakant yer olmaqla, ümumilikdə 8 vakant yer çıxarılıb.

Ardını oxu »

XİDMƏTİN ƏMƏKDAŞLARI ÜÇÜN NÖVBƏTİ DƏFƏ TƏLİMLƏR KEÇİRİLİB

21.06.2025

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Xidmətin ərazi bölmələrinin və tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” və “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxslərin əməkdaşları vətəndaşlara yüksək keyfiyyətli xidmət göstərilməsində müasir yanaşmaların tətbiqi ilə bağlı təlimlərə cəlb ediliblər.

Təlimlər “İnnovasiyaların tətbiqi vasitəsilə fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi, səmərəliliyin atırılmasının təmin edilməsi”, “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti” mövzularında təşkil edilib.

Ardını oxu »

İQTİSADİYYAT NAZİRLİYİNDƏ VƏTƏNDAŞLARIN NÖVBƏTİ QƏBULU KEÇİRİLİB

20.06.2025

Vətəndaşların əmlak və vergi məsələləri barədə müraciətlərinə baxılıb.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev vətəndaşları qəbul edib. 

Nazirliyin inzibati binasında təşkil olunan qəbula gələnlər əmlak və vergi məsələləri barədə müraciət ediblər.

Qəbul zamanı araşdırma tələb edən müraciətlər baxılması üçün qeydiyyata alınıb, vətəndaşlara qanunvericiliyin tələbləri izah olunub.

Ardını oxu »