NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNDƏ 2025-Cİ İLİN ALTI AYININ NƏTİCƏLƏRİNƏ DAİR MÜŞAVİRƏ KEÇİRİLİB
18.07.2025
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində Naxçıvan Muxtar Respublikası Baş nazirinin sədrliyi ilə 2025-ci ilin ilk altı ayı ərzində görülən işlərin yekunları və qarşıdakı dövr üçün nəzərdə tutulan fəaliyyət planlarının müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.
Müşavirəni giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov qeyd edib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyası muxtar respublikada da genişmiqyaslı islahatlarla müşayiət olunur. İqtisadiyyatın şaxələndirilməsi, infrastruktur layihələrinin genişləndirilməsi, yerli sənaye və kənd təsərrüfatının inkişafı, eləcə də sosial sahələrdə həyata keçirilən yeniliklər regionun dayanıqlı inkişafına əhəmiyyətli töhfə verməkdədir.
“SƏNAYE 4.0 FORUMU - GƏLƏCƏYİN SƏNAYESİ: TEXNOLOGİYA VƏ İNSAN GÜCÜ” ADLI BEYNƏLXALQ TƏDBİR KEÇİRİLİB
14.07.2025
“Sənaye 4.0 Forumu - Gələcəyin sənayesi: Texnologiya və insan gücü” beynəlxalq forumunda innovasiya və rəqəmsal iqtisadiyyat sahəsində yeni trendlərin tətbiqi, sənaye sektorunun transformasiyasında biznesin rolu barədə müzakirələr aparılıb.
İyulun 11-də İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən “Sənaye 4.0 Forumu - Gələcəyin sənayesi: Texnologiya və insan gücü” adlı beynəlxalq forum keçirilib.
Forumda aidiyyəti dövlət və beynəlxalq qurumların nümayəndələri və sahibkarlar iştirak ediblər.
İQTİSADİYYAT NAZİRLİYİNDƏ VƏTƏNDAŞ QƏBULU KEÇİRİLİB
11.07.2025
Vətəndaşların əmlak, vergi, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, logistika məsələləri ilə bağlı müraciətlərinə baxılıb.
İyulun 11-də Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Nazirlikdə vətəndaşları qəbul edib.
Qəbula gələn vətəndaşlar əmlak, vergi, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, logistika məsələləri ilə bağlı müraciət ediblər.
GÜRCÜSTAN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
11.07.2025
İqtisadiyyat Nazirliyində Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin prioritet inkişaf istiqamətləri nəzərdən keçirilib, enerji, nəqliyyat, infrastruktur, ticarət və investisiya sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüşdə dövlət başçılarının yüksək səviyyəli səfərləri vurğulanıb, dost və qardaş Gürcüstanla əməkdaşlığın bütün istiqamətlər üzrə yüksələn xətlə inkişaf etdiyi bildirilib.
Tərəfdaşlığın möhkəmləndirilməsi üçün ölkəmizin əlverişli biznes və investisiya mühiti qeyd olunub, sənaye, tikinti, logistika, qida sənayesi, kənd təsərrüfatı, əczaçılıq, İKT, enerji sahələrində uğurlu fəaliyyətdən bəhs edilib. Bu əməkdaşlığın həm ölkələrimiz üçün, həm də regional inkişaf üçün xüsusi əhəmiyyət daşıdığı nəzərə çatdırılıb.
