NAXÇIVANDA 7 NƏQLİYYAT VASİTƏSİ HƏRRACA ÇIXARILIB
10.06.2025
İyulun 4-də Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən dövlət mülkiyyətində olan 7 nəqliyyat vasitəsinin özəlləşdirilməsi ilə bağlı hərrac keçiriləcək.
Özəlləşdirilməsi üçün hərraca çıxarılan minik və yük nəqliyyat vasitələri üçün sifarişlər Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 06 ünvanında yerləşən “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin inzibati binasında qəbul olunur.
Hərracla bağlı daha ətraflı məlumatı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin rəsmi saytlarından əldə etmək olar.
Baxılıb: 46
