Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

İQTİSADİYYAT NAZİRİ OPEC BEYNƏLXALQ İNKİŞAF FONDUNUN FORUMUNDA İŞTİRAK ETMƏK ÜÇÜN AVSTRİYAYA SƏFƏR EDİB

17.06.2025

Vyanada keçirilən OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda iştirak çərçivəsində Azərbaycanın Əbu-Dabi İnkişaf Fondu, İslam İnkişaf Bankı Qrupu və OPEC Beynəlxalq İnkişaf Fondu ilə əməkdaşlığına dair müzakirələr aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda iştirak etmək üçün Avstriyanın paytaxtı Vyanaya səfər edib. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib.

Ardını oxu »

SƏDƏRƏK RAYONUNDA VƏTƏNDAŞ QƏBULU KEÇİRİLƏCƏK

17.06.2025

24 iyun 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Sədərək rayonu və kəndlərindən olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 1100-dan etibarən Sədərək Rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək.

Ardını oxu »

FRANSANIN “IB2” ŞİRKƏTİNİN HƏMTƏSİSÇİSİ VƏ BAŞ İCRAÇI DİREKTORU İLƏ GÖRÜŞ KEÇİRİLİB

12.06.2025

Fransanın “IB2” şirkətinin baş icraçı direktoru ilə görüşdə əməkdaşlıq imkanları müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Fransanın "IB2" şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Romen Jirbal ilə görüşüb.

Görüşdə Azərbaycanın iqtisadi prioritetləri, əlverişli biznes mühiti, investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Ardını oxu »

NAXÇIVANDA 7 NƏQLİYYAT VASİTƏSİ HƏRRACA ÇIXARILIB

10.06.2025

İyulun 4-də Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən dövlət mülkiyyətində olan 7 nəqliyyat vasitəsinin özəlləşdirilməsi ilə bağlı hərrac keçiriləcək.

Özəlləşdirilməsi üçün hərraca çıxarılan minik və yük nəqliyyat vasitələri üçün sifarişlər Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 06 ünvanında yerləşən “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin inzibati binasında qəbul olunur.

Hərracla bağlı daha ətraflı məlumatı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin rəsmi saytlarından əldə etmək olar.

Ardını oxu »