NAXÇIVANDA NÖVBƏTİ TORPAQ HƏRRACI KEÇİRİLİB
13.08.2025
Avqustun 12-də Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən muxtar respublikanın 3 bələdiyyəsinə məxsus torpaq sahələrinin mülkiyyətə və icarəyə verilməsi ilə bağlı hərrac keçirilib.
Rəqabətli keçən hərracda 1 torpaq sahəsi mülkiyyətə, 2 torpaq sahəsi isə icarəyə verilməklə 3 sahibkar hərracın qalibi olub.
Qeyd edək ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin növbəti hərracı 29 avqust 2025-ci il tarixdə Mərkəzin Heydər Əliyev prospekti 6 ünvanında yerləşən inzibati binasında baş tutacaqdır.
Ətraflı məlumatı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin http://emlak.nakhchivan.az/ və “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin http://nauksion.gov.az rəsmi saytından əldə etmək olar.
