NAXÇIVANIN İQTİSADİYYAT NAZİRİ İRANIN BAŞ KONSULU İLƏ GÖRÜŞÜB
21.08.2025
Avqustun 20-də Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev ilə İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Aziz Mansouri arasında görüş keçirilib.
Nazir Kazım Hüseynəliyev ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişaf etdiyini, əlaqələrin daha da genişləndirilməsi üçün potensialın böyük olduğunu və bu potensialdan səmərəli istifadə olunmasının önəmini diqqətə çatdırıb.
Öz növbəsində Baş konsul Aziz Mansouri səmimi görüşə görə təşəkkürünü bildirib, ikitərəfli münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın genişlənməsinin əhəmiyyətini ifadə edib.
Görüş zamanı tərəflər iqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində mövcud olan imkanların reallaşdırılması, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
