Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - AVQUST AYINDA MUXTAR RESPUBLİKADA 3 HƏRRAC KEÇİRİLƏCƏK

AVQUST AYINDA MUXTAR RESPUBLİKADA 3 HƏRRAC KEÇİRİLƏCƏK

11.08.2025

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən avqust ayında muxtar respublikada dövlət əmlakının və bələdiyyə torpaqlarının satışı üzrə 3 hərracın keçirilməsi nəzərdə tutulub.

12 avqust 2025-ci il tarixdə Ordubad rayonunun Biləv bələdiyyəsinin, Şərur rayonunun Püsyan bələdiyyəsinin və Şahbuz rayonunun Kolanı bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə və icarəyə verilməsi ilə bağlı hərrac keçiriləcək. Hərracla bağlı sifariş qəbulu başa çatıb, cəmi 7 sifariş qəbul olunub.

26 avqust 2025-ci il tarixdə muxtar respublikanın dövlət qurumlarına məxsus 8 nəqliyyat vasitəsinin özəlləşdirilməsi ilə bağlı hərrac planlaşdırılıb.

29 avqust 2025-ci il tarixdə isə Babək rayonunun Şıxmahmud bələdiyyəsinin, Şərur rayonunun Şərur və Qışlaqabbas bələdiyyələrinin və Sədərək rayonunun Sədərək bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə və icarəyə verilməsi ilə bağlı hərrac keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 26 və 29 avqust tarixlərində keçiriləcək hərraclara sifarişlərin qəbulu Mərkəzin inzibati binasında davam edir. Ətraflı məlumatı Əmlak Məsələləri Dövlət Xidmətinin http://emlak.nakhchivan.az/ və “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin http://nauksion.gov.az rəsmi saytlarından əldə etmək olar.

Baxılıb: 50