Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - NAXÇIVANDA 3 NƏQLİYYAT VASİTƏSİ HƏRRAC YOLU İLƏ ÖZƏLLƏŞDİRİLİB

NAXÇIVANDA 3 NƏQLİYYAT VASİTƏSİ HƏRRAC YOLU İLƏ ÖZƏLLƏŞDİRİLİB

28.07.2025

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən muxtar respublikanın dövlət qurumlarına məxsus 6 nəqliyyat vasitəsinin özəlləşdirilməsi ilə bağlı hərrac keçirilib.

3 nəqliyyat vasitəsinin hərracında iştirak etmək üçün 6 sifarişçi qeydiyyatdan keçib. Rəqabətli keçən hərrac prosesində 3 sifarişçi hərracın qalibi adını qazanıb. Hərraca çıxarılan nəqliyyat vasitələrindən 2-sinin yekun qiyməti ilkin satış qiymətindən 36% yüksək olub. 

Digər 3 nəqliyyat vasitəsinə isə sifariş olmadığından həmin hərraclar baş tutmamış hesab edilib.

Baxılıb: 30