17 yanvar 2025-ci il tarixdə baş tutmamış hərrac haqqında məlumat
17.01.2025
Naxçıvan Muxtar Respubliksı Şərur rayon İcra və Probasiya Şöbəsinin 07.11.2024-cü il tarixli 39016/2014 nömrəli məktubu əsasında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən 17 yanvar 2025-ci il tarixdə keçirilməsi nəzərdə tutulan 1998-ci il buraxılışlı ban nömrəsi WOLOSBF68W4110761 olan Opel-Vita markalı nəqliyyat vasitəsinə sifarişçi olmadığından “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.2-ci bəndinə uyğun olaraq hərrac baş tutmamış hesab olunur.
10 yanvar 2025-ci il tarixdə keçirilməsi nəzərdə tutulan hərrac haqqında məlumat
10.01.2025
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən 10 yanvar 2025-ci il tarixdə keçirilməsi nəzərdə tutulan hərracın iştirakçısı olmadığından Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na uyğun olaraq əmlak satıcının sərəncamında saxlanılır.
17 yanvar 2025-ci il tarixdə keçirilməsi nəzərdə tutulan dayandırılmış hərrac haqqında məlumat
07.01.2025
Culfa Rayon İcra və Probasiya Bölməsinin 07.01.2025-ci il tarixli e283243/2024-96-1-003 nömrəli məktubuna və 20.12.2024-cü il tarixli, 283243/2024 nömrəli qərarına əsasən Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2-2(123)-107/2024- 048 nömrəli, 05.08.2024-cü il tarixli icra sənədi üzrə 17 yanvar 2025-ci il tarixdə saat 1100 -da keçirilməsi nəzərdə tutulan Culfa rayon Əbrəqunus kəndində 0.1532 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 49.28 kv.m yaşayış, 35.91 kv.m qeyri-yaşayış, 42.94 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin hərracı dayandırılmışdır.
