Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ELANLAR

18 aprel 2025-ci il tarixdə baş tutmamış hərrac haqqında məlumat

18.04.2025

Naxçıvan şəhər İcra və Probasiya şöbəsinin 11.03.2025 və 12.03.2025-ci il tarixli sifariş məktublarına əsasən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən 18 aprel 2025-ci il tarixdə saat 11:00-da keçirilməsi nəzərdə tutulan Naxçıvan şəhəri, M.S.Ordubadi küçəsi, döngə 3, ev 5 ünvanında, 0.0567 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 74.32 kv.m olan fərdi yaşayış evi və Naxçıvan şəhəri, Qaraçuq kəndi, 4-cü küçə döngə 10, ev 15 ünvanında, 0.1643 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 135.84 kv.m olan fərdi yaşayış evi üzrə hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış hesab edilir.

17 aprel 2025-ci il tarixdə baş tutmamış hərrac haqqında məlumat

17.04.2025

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən 17 aprel 2025-ci il tarixdə keçirilməsi nəzərdə tutulan hərracın iştirakçısı olmadığından “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.4.4-ci bəndinə uyğun olaraq hərrac baş tutmamış hesab olunur və əmlak satıcıya qaytarılır.