Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ELANLAR

Dayandırılmış hərrac haqqında məlumat

29.12.2024

Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 28.12.2024-cü il tarixli e 224026/2024-58-20-002 nömrəli qərarına əsasən Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2-2 (123)-12/2024 saylı, 18.03.2024-ci il tarixli icra sənədinə üzrə Naxçıvan şəhəri, 20 Yanvar küçəsi, ev 30 ünvanında 0.0452 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 132.29 kv.m, yaşayış sahəsi 49.89 kv.m, köməkçi sahəsi 82.40 kv.m olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin nəzərdə tutulan hərracı dayandırılmışdır.

26 dekabr 2024-cü il tarixdə baş tutmamış hərrac haqqında məlumat

27.12.2024

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən 26 dekabr 2024-cü il tarixdə keçirilməsi nəzərdə tutulan hərracın iştirakçısı olmadığından “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.2-ci bəndinə uyğun olaraq hərrac baş tutmamış hesab olunur.