17 yanvar 2025-ci il tarixdə baş tutmamış hərrac haqqında məlumat
17.01.2025
Naxçıvan Muxtar Respubliksı Şərur rayon İcra və Probasiya Şöbəsinin 07.11.2024-cü il tarixli 39016/2014 nömrəli məktubu əsasında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən 17 yanvar 2025-ci il tarixdə keçirilməsi nəzərdə tutulan 1998-ci il buraxılışlı ban nömrəsi WOLOSBF68W4110761 olan Opel-Vita markalı nəqliyyat vasitəsinə sifarişçi olmadığından “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.2-ci bəndinə uyğun olaraq hərrac baş tutmamış hesab olunur.
