21 yanvar 2025-ci il tarixdə baş tutmamış hərrac haqqında məlumat
21.01.2025
Şərur Rayon İcra və Probasiya Şöbəsinin 22.11.2024-cü il tarixli 20411/2013-93-0 nömrəli məktubuna və İnzibati İqtisadi Məhkəməsi tərəfindən verilmiş 2(087)-28/2013 saylı 11 oktyabr 2013-cü il tarixli icra sənədi üzrə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən 21 yanvar 2025-ci il tarixdə saat 1500- da keçirilməsi nəzərdə tutulan Şərur rayonu, Qarahəsənli kəndi, 0.1279 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 47,94 kv.m yaşayış, 50.16 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi üzrə hərracın iştirakçısı olmadığından “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.2-ci bəndinə uyğun olaraq hərrac baş tutmamış hesab olunur.
