Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ELANLAR

21 yanvar 2025-ci il tarixdə baş tutmamış Yer təkindən istifadə ilə bağlı hərrac haqqında məlumat

21.01.2025

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən 21 yanvar 2025-ci il tarixdə saat 1100- da Yer təkindən istifadə ilə bağlı keçirilməsi nəzərdə tutulan Şərur rayon “Arpaçay” qum-çınqıl yatağı üzrə hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış hesab olunur.

21 yanvar 2025-ci il tarixdə baş tutmamış hərrac haqqında məlumat

21.01.2025

Şərur Rayon İcra və Probasiya Şöbəsinin 22.11.2024-cü il tarixli 20411/2013-93-0 nömrəli məktubuna və İnzibati İqtisadi Məhkəməsi tərəfindən verilmiş 2(087)-28/2013 saylı 11 oktyabr 2013-cü il tarixli icra sənədi üzrə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən 21 yanvar 2025-ci il tarixdə saat 1500- da keçirilməsi nəzərdə tutulan Şərur rayonu, Qarahəsənli kəndi, 0.1279 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 47,94 kv.m yaşayış, 50.16 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi üzrə hərracın iştirakçısı olmadığından “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.2-ci bəndinə uyğun olaraq hərrac baş tutmamış hesab olunur.

17 yanvar 2025-ci il tarixdə baş tutmamış hərrac haqqında məlumat

17.01.2025

Naxçıvan Muxtar Respubliksı Şərur rayon İcra və Probasiya Şöbəsinin 07.11.2024-cü il tarixli 39016/2014 nömrəli məktubu əsasında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən 17 yanvar 2025-ci il tarixdə keçirilməsi nəzərdə tutulan 1998-ci il buraxılışlı ban nömrəsi WOLOSBF68W4110761 olan Opel-Vita markalı nəqliyyat vasitəsinə sifarişçi olmadığından “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.2-ci bəndinə uyğun olaraq hərrac baş tutmamış hesab olunur.