Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - 11 aprel 2025-ci il tarixdə baş tutmamış hərraclar haqqında məlumat

11 aprel 2025-ci il tarixdə baş tutmamış hərraclar haqqında məlumat

11.04.2025

Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 2-2(123)-9/2024 saylı, 08.02.2024-cü il tarixli icra sənədinə və Naxçıvan şəhər İcra və Probasiya şöbəsinin 89360/2024 nömrəli, 27.02.2025-ci il tarixli sifariş məktubuna əsasən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən 11 aprel 2025-ci il tarixdə saat 11:00-da keçirilməsi nəzərdə tutulan Naxçıvan şəhəri, Ə. Qəmküsar küçəsi, bina 2, mənzil 27 ünvanında yerləşən ümumi sahəsi 65.41 kv.m olan mənzil üzrə hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış hesab edilir.

Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 2-2(123)-33/2024 saylı, 31.07.2024-cü il tarixli icra sənədinə və Babək rayon İcra və Probasiya Şöbəsinin 282839/1043-05/2024 nömrəli, 03.03.2025-ci il tarixli sifariş məktubuna əsasən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən 11 aprel 2025-ci il tarixdə saat 15:00-da keçirilməsi nəzərdə tutulan Babək rayon Vayxır kəndi 0,4954 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzrə hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış hesab edilir.

Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 2-2(123)-56/2024 saylı, 02.09.2024-cü il tarixli icra sənədinə və Babək rayon İcra və Probasiya Şöbəsinin 304484/1134-05/2024 nömrəli, 03.03.2025-ci il tarixli sifariş məktubuna əsasən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən 11 aprel 2025-ci il tarixdə saat 15:00-da keçirilməsi nəzərdə tutulan Babək rayon Güznüt kəndi, 0,3368 ha torpaq sahəsində yerləşən: - 1957-2018-ci illərdə tikilmiş, 1 mərtəbəli, 2 otaqlı, 44 kv.m yaşayış, 69,25 kv.m yardımçı sahədən; - 1985-2015-ci illərdə tikilmiş, 1 mərtəbəli, 2 otaqlı, 57,23 kv.m yaşayış, 39,52 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi üzrə hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış hesab edilir.