Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - 14 aprel 2025-ci il tarixdə baş tutmamış hərrac haqqında məlumat

14 aprel 2025-ci il tarixdə baş tutmamış hərrac haqqında məlumat

14.04.2025

Şərur Rayon İcra və Probasiya Şöbəsinin 06.03.2025-ci il tarixli sifariş məktubuna əsasən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən keçirilməsi nəzərdə tutulan Şərur rayonu, Xətai kəndi 0,3596 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 100 kv.m, yaşayış sahəsi 66,90 kv.m, yardımçı sahəsi 33,10 kv.m olan 2 mərtəbəli, 4 otaqlı, Şərur rayonu, Kərimbəyli kəndi 0,4643 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 199,86 kv.m, yaşayış sahəsi 139,58 kv.m, yardımçı sahəsi 60,28 kv.m olan 1 mərtəbəli, 5 otaqlı, Şərur rayonu Ələkli kəndi 0,2023 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 316 kv.m, yaşayış sahəsi 104,0 kv.m, yardımçı sahəsi 212,0 kv.m olan 1 mərtəbəli, 4 otaqlı, Şərur rayonu Kürkənd kəndi 0,2794 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 303,6 kv.m, yaşayış sahəsi 205,4 kv.m, yardımçı sahəsi 98,2 kv.m olan 2 mərtəbəli, 5 otaqlı, Şərur rayonu Yuxarı Aralıq kəndi 0,1308 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 280,94 kv.m, yaşayış sahəsi 77,94 kv.m, yardımçı sahəsi 140,45 kv.m olan 3 mərtəbəli, 3 otaqlı və Şərur rayonu Çərçiboğan kəndi 0,0964 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 82,9 kv.m olan fərdi yaşayış evləri üzrə 14 aprel 2025-ci il tarixdə saat 11:00-da keçirilməsi nəzərdə tutulan hərraclarda iştirakçı olmadığından “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.2-ci bəndinə uyğun olaraq hərrac baş tutmamış hesab edilir.