10 aprel 2025-ci il tarixdə baş tutmamış hərrac haqqında məlumat
10.04.2025
Naxçıvan Muxtar Respublikası Culfa Rayon Məhkəməsinin 2(089)-105/2024-013 nömrəli, 01.08.2024-cü il tarixli icra sənədinə, Culfa Rayon İcra və Probasiya bölməsinin e273451/2024 nömrəli, 25.02.2025-ci il tarixli sifariş məktubuna əsasən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən 10 aprel 2025-ci il tarixdə keçirilməsi nəzərdə tutulan Naz Lifan LF7162E-620 markalı, 72 TA 219 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış hesab edilir.
