KOMİTƏNİN KOLLEKTİVİ NAXÇIVAN BİZNES MƏRKƏZİNDƏ OLUB
29.04.2019
Aprelin 27-də Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin və Komitənin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun kollektivləri Naxçıvan Biznes Mərkəzini ziyarət ediblər.
Tanışlıq zamanı məlumat verilib ki, 2013-cü ildə istifadəyə verilən mərkəzin əsas fəaliyyət istiqamətləri biznesin inkişafı, sahibkarlar arasında işgüzar əlaqələrin gücləndirilməsi, müxtəlif tədbirlərin, beynəlxalq konfransların, forum və seminarların keçirilməsi, yerli istehsal məhsullarının, əl işi və sənət əsərlərinin sərgi-satışının təşkilidir.
Qeyd olunub ki, mərkəzdə qurulan stendlərdə muxtar respublikada fəaliyyət göstərən iri özəl sektor təmsilçiləri ilə yanaşı
çox sayda orta və kiçik biznes qurumlarının məhsulları da öz yerini tutub.
Mərkəzdə nümayiş olunan ərzaq və qeyri-ərzaq malları, yerli ailə təsərrüfatlarında istehsal olunan məhsullar, ayrı-ayrı sənətkarlar tərəfindən hazırlanan əl işləri, istehsal müəssisələrinin xəritəsi Komitənin əməkdaşları tərəfindən maraqla izlənilib.