Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - TORPAQLARDAN SƏMƏRƏLİ İSTİFADƏ VƏ ONLARIN MÜHAFİZƏSİNƏ DAİR MONİTORİNQLƏR DAVAM ETDİRİLİR

TORPAQLARDAN SƏMƏRƏLİ İSTİFADƏ VƏ ONLARIN MÜHAFİZƏSİNƏ DAİR MONİTORİNQLƏR DAVAM ETDİRİLİR

11.04.2019

   Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Babək Rayon İdarəsi tərəfindən vətəndaşların müraciətlərinin operativ cavablandırılması və torpaqlardan istifadəyə dövlət nəzarətinin gücləndirilməsi istiqamətində tədbirlər 2019-cu ilin I rübü ərzində də davam etdirilmişdir.
  Cari ilin ilk üç ayı ərzində 207 torpaq sahəsinin plan-ölçüsü, 62 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanaraq hüquq sahiblərinə təqdim edilmişdir. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan texniki sənədlərin sayı 78% artmışdır. Texniki sənədlərin hazırlanması zamanı 81 müayinə aktı yazılmışdır.
Rüb ərzində əmlakın olub-olmaması barədə 85, məhdudiyyət və yüklülüyə dair 131 arayışın verilməsi üçün qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılmış və qeydiyyata alınmışdır.
Rayonun 5 yaşayış məntəqəsində səyyar xidmət göstərilmiş, 23 vətəndaşın müraciəti qəbul olunaraq icra edilmişdir. Mülkiyyət sənədləri hazırlanaraq yerlərdə vətəndaşlara təqdim olunmuşdur.

    Dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadə vəziyyətinə dair monitorinqlər davam etdirilmiş, rayon üzrə torpaqlardan qanunsuz istifadəyə dair 120-ə yaxın fakt aradan qaldırılmışdır.

Baxılıb: 665