Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - 2019-CU İLİN İLK ÜÇ AYI ƏRZİNDƏ KOMİTƏNİN ŞƏRUR RAYON İDARƏSİ TƏRƏFİNDƏN 253 MÜLKİYYƏT SƏNƏDİ HAZIRLANIB

2019-CU İLİN İLK ÜÇ AYI ƏRZİNDƏ KOMİTƏNİN ŞƏRUR RAYON İDARƏSİ TƏRƏFİNDƏN 253 MÜLKİYYƏT SƏNƏDİ HAZIRLANIB

11.04.2019

    Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şərur Rayon İdarəsi tərəfindən 2019-cu ilin ilk üç ayı ərzində 48 daşınmaz əmlak obyektinin texniki pasportu, 205 torpaq sahəsinin plan-ölçüsü hazırlanmışdır. Texniki sənədlərin hazırlanması zamanı 81 müayinə aktı, 5 bölgü planı tərtib edilərək arxiv sənədlərinə əlavə olunmuşdur. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan texniki sənədlərin sayı 18% artmışdır.
    Vətəndaşların müraciətləri əsasında 100 sosial arayış, məhdudiyyət və yüklülüyə dair 208 arayış hazırlanaraq təqdim olunmuşdur. 58 vətəndaşın şifahi müraciətinə baxılmış və qanunvericiliyin tələblərinə uyğun həll edilmişdir.
    Rayonun 6 yaşayış məntəqəsində səyyar xidmət göstərilmiş, 49 vətəndaşın müraciəti qəbul olunaraq icra edilmişdir. Mülkiyyət sənədləri hazırlanaraq yerində vətəndaşlara təqdim edilmişdir.

Baxılıb: 1819