Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - “ƏMLAK” İNFORMASİYA BÜLLETENİNİN NÖVBƏTİ SAYI İŞIQ ÜZÜ GÖRÜB

“ƏMLAK” İNFORMASİYA BÜLLETENİNİN NÖVBƏTİ SAYI İŞIQ ÜZÜ GÖRÜB

11.04.2019

 Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin “Əmlak” informasiya bülleteninin ikinci nömrəsi “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək keyfiyyətlə çapdan çıxıb. İnformasiya bülletenində muxtar respublikamızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər, dövlət torpaq idarəçiliyinin inkişafı, əmlak münasibətlərinin tənzimlənməsi və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı yazılar yer alıb.
Komitənin fəaliyyət istiqamətləri üzrə tətbiq olunan yeniliklər, muxtar respublikada torpaqların elektron uçotunun aparılması sahəsində görülmüş işlər, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi ilə bağlı həyata keçirilən tədbirlər, komitə tərəfindən göstərilən səyyar və elektron xidmətlər jurnalda geniş işıqlandırılıb, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı statistik məlumatların təhlili verilib. Daşınmaz əmlak və torpaq məsələlərinin həllində informasiya-kommunikasiya texnologiyalarının rolundan bəhs edilib

İnformasiya bülletenində həmçinin, daşınmaz əmlakın qeydiyyatının üstünlükləri, əhalinin mənzillə təminatında ipoteka kreditləşməsinin əhəmiyyəti, ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası, qonşu tikililər arasında məsafələrin saxlanılması ilə bağlı maarifləndirici məlumatlar verilib. Vətəndaşlardan daxil olan sorğular əsasında sual-cavab rubrikası hazırlanıb.
“Əmlak” informasiya bülleteni Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və ildə iki dəfə nəşr olunur.

Baxılıb: 715