Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - TİVİ KƏNDİNDƏ VƏTƏNDAŞLARA SƏYYAR XİDMƏT GÖSTƏRİLİB

TİVİ KƏNDİNDƏ VƏTƏNDAŞLARA SƏYYAR XİDMƏT GÖSTƏRİLİB

06.04.2019

   Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə vətəndaşlara səyyar xidmətlərin göstərilməsi davam etdirilir. Səyyar xidmət zamanı vətəndaşlara daşınmaz əmlak üzərində əvvəllər yaranmış hüquqlarla bağlı verilmiş mülkiyyət sənədlərinin - torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin, dövlət aktlarının, qeydiyyat vəsiqələrinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilməsi, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr və vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında hüquqların qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlaklara məhdudiyyət və yüklülüyə dair arayışların verilməsi, daşınmaz əmlakın texniki pasportunun və torpaq sahəsinin plan-ölçüsünün hazırlanması, ailə təsərrüfatlarına məxsus daşınmaz əmlak obyektlərinin pasportlaşdırılması üçün sənədlərin qəbulu aparılır.

    Aprelin 5-də Komitənin səyyar xidmət qrupu Ordubad rayonunun Tivi kəndində olub. Tivi kəndi və ətraf yaşayış məntəqələrindən daşınmaz əmlak üzərində əvvəllər yaranmış hüquqlarla bağlı verilmiş mülkiyyət sənədlərinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilməsi üçün 7, daşınmaz əmlak üzərində hüquqların təkrar qeydiyyatı üçün 8, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün 6, məhdudiyyət və yüklülüyə dair arayışın verilməsi üçün 10, ümumilikdə 31 vətəndaşın ərizəsi qəbul olunaraq məlumat bazası ilə dəqiqləşdirilib. Texniki sənədlərin hazırlanması üçün ən müasir geodeziya-ölçü avadanlıqları vasitəsi ilə torpaq sahələrinin ölçüləri müəyyənləşdirilib. Qəbul edilmiş sənədlər Komitənin Ordubad Rayon İdarəsi tərəfindən elektron sistemə daxil edilib.

Baxılıb: 669