Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - NAXÇIVAN ŞƏHƏRİNDƏ YENİ ÜNVAN LÖVHƏLƏRİNİN QURAŞDIRILMASI DAVAM ETDİRİLİR

NAXÇIVAN ŞƏHƏRİNDƏ YENİ ÜNVAN LÖVHƏLƏRİNİN QURAŞDIRILMASI DAVAM ETDİRİLİR

28.01.2019

    2018-ci ilin sentyabr ayından etibarən Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən Naxçıvan şəhərində yeni ünvan lövhələrinin quraşdırılmasına başlanılıb. Bu məqsədlə indiyədək Naxçıvan şəhərinin Heydər Əliyev prospektində və 29 küçədə ünvanların yenidən dəqiqləşdirilməsi işləri aparılıb. Uyğunsuzluq aşkar edilən küçə və məhəllələrdə daşınmaz əmlak obyektləri yenidən nömrələnib, ünvan lövhələri və giriş nömrə nişanlarının sayı müəyyənləşdirilib. Dəqiqləşmə işləri aparılan küçələrdə daşınmaz əmlak obyektlərinin ünvanlarındakı uyğunsuzluqların aradan qaldırılması üçün kameral şəraitdə ünvan xəritəsi üzərində iş aparılıb. Ünvanlarında düzəliş edilmiş daşınmaz əmlak obyektlərinə dair mülkiyyət sənədlərində müvafiq düzəlişlər edilərək təhvil verilib. Yeni inşa olunan daşınmaz əmlak obyektlərinin sxematik planları dəqiqləşdirilib, Naxçıvan şəhərinin ünvan xəritəsinə yerləşdirilməsi və ünvan reyestrində qeydiyyata alınması təmin olunub. Ünvan lövhələri və giriş nömrə nişanları nəqliyyat infrastrukturu obyektlərinə adların verilməsi, daşınmaz əmlak obyektlərinə ünvan nömrələrinin təyini, ünvan lövhələrinin yerləşdirilməsi qaydalarına uyğun hazırlanıb. 1 prospekt və 9 küçədə yeni ünvan lövhələri və giriş nömrə nişanları quraşdırılıb. Hazırda Naxçıvan şəhərinin Azərbaycan, Həsən Əliyev və Mirzə Ələkbər Sabir küçələrində bu istiqamətdə işlər davam etdirilir.

Baxılıb: 710