Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - TORPAQLARDAN QANUNSUZ İSTİFADƏNİN QARŞISI ALINIR

TORPAQLARDAN QANUNSUZ İSTİFADƏNİN QARŞISI ALINIR

27.08.2020

Muxtar respublikada torpaqlardan təyinatına uyğun, səmərəli iştifadənin təmin edilməsi və əkinə yararlı torpaq sahələrindən digər məqsədlər üçün istifadənin qarşısının alınması ilə bağlı vəzifələrin icrası davam etdirilir. Torpaqlardan istifadəyə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə mütəmadi olaraq yerlərdə monitorinqlər aparılır. Bu zaman bütün mülkiyyət növləri üzrə torpaqlardan istifadə vəziyyəti yoxlanılır. Yoxlamalar vaxtı aşkar edilən qanunsuz istifadə hallarının aradan qaldırılması üçün qanunvericiliyin tələblərinə uyğun tədbirlər həyata keçirilir.

Şərur rayonunun Danyeri kəndində aparılan yoxlamalar zamanı 70 qanunsuz zəbt olunan torpaq sahəsi aşkar edilib. Qanunsuz istifadə faktlarının aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülüb.

Vətəndaşların diqqətinə çatdırılıb ki, torpağın qanuni sahibinin razılığı, yaxud dövlət və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında rəsmiləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmək oranı özbaşına tutmaq hesab edilir. Bu isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyətə səbəb olur.

Baxılıb: 371