NAXÇIVANDA KOB SUBYEKTLƏRİNƏ GÖSTƏRİLƏN XİDMƏT SAYI ARTIB
07.10.2024
2024-cü ilin 9 ayında biznesə dəstək məqsədilə Naxçıvan, Babək, Şərur və Ordubad şəhərlərində yeni yaradılan Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən 41546 xidmət göstərilib ki, bunun 91 faizi KOB subyektlərinin payına düşür. Mərkəzlərdə göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98 faiz təşkil edir.
Bunu Naxçıvan Muxtar Respublikanın iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov Naxçıvanda keçirilən “KOB FEST” sərgi-satış yarmarkasında bildirib.
Baxılıb: 49