NAXÇIVANDA VERİLƏN LİSENZİYALARIN 97,4 FAİZİ KOB SUBYEKTLƏRİNİN PAYINA DÜŞÜB
07.10.2024
İqtisadiyyatın müxtəlif sahələrində yeni KOB subyektlərinin yaranması və mövcud KOB-ların fəaliyyətinin genişlənməsi, özəlləşdirmə proseslərində yaxından iştirak etməsi daim stimullaşdırılır. Cari ilin 9 ayında özəlləşdirilən dövlət əmlaklarının 93,8 faizi KOB subyektləri tərəfindən həyata keçirilib, verilən lisenziyaların 97,4 faizi KOB subyektlərinin payına düşüb.
Bu sözləri Naxçıvanda keçirilən “KOB FEST” sərgi-satış yarmarkasında Naxçıvan Muxtar Respublikanın iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov deyib.
Baxılıb: 57