NAXÇIVANDA KOB SUBYEKTLƏRİNƏ AYRILAN KREDİTLƏRİN HƏCMİ ARTIB
07.10.2024
Naxçıvanda maliyyə dəstəyindən faydalananların əksəriyyəti mikro, kiçik və orta sahibkarlıq subyektləri olub. Cari ilin 9 ayı ərzində bank və kredit təşkilatları tərəfindən KOB subyektlərinə verilən kreditlərin 7,8 faizi Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondlarının vəsaitləri hesabına təmin edilib.
Bunu Naxçıvan Muxtar Respublikanın iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov Naxçıvanda keçirilən “KOB FEST” sərgi-satış yarmarkasında çıxışı zamanı deyib.
“Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlərin layihə sayı üzrə 92 faizi, kreditin məbləği üzrə isə 27,7 faizi Kiçik və Orta Sahibkarlıq subyektlərinin payına düşüb”, - deyə Abbas İsmayılov əlavə edib.
Baxılıb: 47