FEVRAL AYINDA NAXÇIVAN ŞƏHƏRİNDƏKİ 100-DƏN ÇOX ƏMLAKA DAİR TEXNİKİ SƏNƏD HAZIRLANIB
18.03.2024
Cari ilin ötən ayında Naxçıvan şəhəri üzrə torpaq və digər daşınmaz əmlak obyektləri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müdafiəsi sahəsində işlərin daha səmərəli təşkili diqqət mərkəzində saxlanılıb, sakinlərin müraciətləri qanunvericiliyə uyğun icra edilib.
Hesabat dövründə 47 fərdi yaşayış evinə, 20 mənzilə və 2 qeyri-yaşayış sahəsinə məxsus ümumilikdə, 69 daşınmaz əmlak obyektinin texniki pasportu və 37 torpaq sahəsinin plan və ölçüsünün hazırlanması ilə bağlı idarəyə cəmi 106 müraciət daxil olub. Texniki sənədlərin hazırlanması zamanı 16 müayinə aktı yazılıb, 18 bölgü planı tərtib edilərək arxiv sənədlərinə əlavə edilib. 1 əmlakın bazar dəyərinə uyğun qiymətləndirilməsi icra edilib.
Ay ərzində Naxçıvan şəhəri ərazisindəki dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə və səmərəli istifadə edilməsi nəzarətdə saxlanılıb. Həmçinin, Naxçıvan bələdiyyəsindən daxil olan 3 müraciət əsasında müvafiq torpaq sahəsinə dair rəy və plan-sxem hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.
Baxılıb: 137