Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - KOB-LARIN TƏHSİL, ELM, TƏDQİQAT VƏ DƏSTƏK LAYİHƏLƏRİNİN MALİYYƏLƏŞDİRİLMƏSİ MƏQSƏDİLƏ 5-Cİ QRANT MÜSABİQƏSİ ELAN EDİLİR

KOB-LARIN TƏHSİL, ELM, TƏDQİQAT VƏ DƏSTƏK LAYİHƏLƏRİNİN MALİYYƏLƏŞDİRİLMƏSİ MƏQSƏDİLƏ 5-Cİ QRANT MÜSABİQƏSİ ELAN EDİLİR

20.02.2024

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə dəstək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 5-ci qrant müsabiqəsi elan edilir. Müsabiqə Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq keçirilir. 

       Şərtlər:

- Müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və ya fiziki şəxslər iştirak edə bilərlər;

- Layihələr təhsil, elm, tədqiqat və dəstək sahələrindən birinə aid olmalıdır;

- Hər bir şəxs müsabiqə çərçivəsində yalnız 1 layihə təqdim etmək hüququna malikdir;

- Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır;

- Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Agentlik tərəfindən əlavə olaraq və ya təkrar maliyyələşdirilə bilməz;

- Müsabiqədə iştirak üçün tələb olunan sənədlər tam şəkildə təqdim olunmalıdır;

- Layihə çərçivəsində müəyyən edilmiş işlərin icrasına 01.06.2024-cü il tarixindən başlanılması nəzərə alınmalıdır;

- Müsabiqəyə təqdim edilən layihələr Azərbaycan dilində tərtib edilməlidir.

Ayrılan maliyyə vəsaitinin həcmi: Hər bir layihə üzrə maliyyələşdirilmə məbləği maksimum 20 min manat həcmində nəzərdə tutulur.

Layihə sənədlərinin qəbulu: 4 mart 2024-cü il, saat 09:00-dan – 2 aprel 2024-cü il saat 18:00-dək (Qeyd: Müəyyən edilmiş vaxtdan əvvəl və ya sonra təqdim olunan layihə sənədləri qəbul olunmayacaqdır).

Müsabiqənin keçirilmə vaxtı: 4 aprel 2024-cü il – 14 may 2024-cü il. 

Müsabiqədə iştirak etmək istəyən KOB subyektləri aşağıdakı sənədlərlə 4 mart 2024-cü il saat 09:00-dan – 2 aprel 2024-cü il saat 18:00-dək elektron formada (This email address is being protected from spambots. You need JavaScript enabled to view it.) və ya kağız daşıyıcılarda birbaşa Agentliyə (Bakı şəhəri, Ziya Bünyadov 38C, 1969-cu məhəllə, “Bakı KOB evi”) müraciət edə bilərlər:

Ərizə forması;

Müsabiqəyə təqdim olunan layihə;

Layihənin büdcəsinin maliyyə əsaslandırılması;

Layihənin icraçıları barədə məlumat;

KOB subyekti olan fiziki şəxsin, yaxud hüquqi şəxsin nümayəndəsinin şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədlərin surətləri;

Müraciət edən hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının və nizamnaməsinin surətləri.

Qeyd: müvafiq sənədləri aşağıdakı linkdən yükləyə bilərsiniz: https://smb.gov.az/az/nav/qrant

Müsabiqənin nəticələri barədə məlumat 15 may 2024-cü il tarixindən sonra KOBİA-nın www.smb.gov.az rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.

Əlavə məlumat üçün: 131 Çağrı Mərkəzi, (+994 12) 404 04 01.

Baxılıb: 158